Qısa məzmun
Ə/h 432 AZN. Modenis LLC eManat HR kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Gərgin iş rejimində işləməyi bacarmalıdır.
İş şəraiti :
- Ofis daxili.
- Nahar yeməyi şirkət tərəfindən verilir.
- Əmək haqqı = 432 AZN
- İş rejimi: Həftənin 5 günü (09:00-18:00)
- Tibbi sığorta
Öhdəliklər:
- E-poçt yazışmalarını idarə etmək
- Daxil olan məktubları və sənədləri almaq və onların bölüşdürülməsini əlaqələndirmək
- Sənədlərin düzgün (qəbul olunmuş təlimatlara uyğun olaraq) işlənilməsi
- Kadr uçotu, işçilərə cari və keçmiş əmək fəaliyyətləri haqqında arayışlar vermək
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi
Tələblər:
- Ali Təhsilli
- Ən az 1 il iş təcrübəsi
- AR Əmək Məcəlləsini bilməli
- Dil bilikləri: Azərbaycan, Rus dili – arzuolunandır
- Ofis proqramlarında sərbəst işləməyi bacarmalı
- Məsuliyyətli, işi düzgün icra etməli
- Gərgin iş rejimində işləməyi bacarmalı
- Öyrənməyə həvəsli, yeniliyə açıq, araşdırmacı olmalı
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi hr@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “HR kiçik mütəxəssis” yazılmalıdır.
İşlə bağlı son müraciət tarixi – 29 fevral 2020
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...