Karyera inkişafı üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Əməkhaqqı müsahibə əsasında müəyyən edilir. Avrora MMC Karyera inkişafı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • İşçi təcrübəsinin idarə olunması prosesinin cəlb etmə və inkişaf mərhələlərinin həyata keçirilməsi
  • İşə götürən brendinin inkişaf etidirilməsi və tanıdılması prosesinin icra edilməsi
  • Şirkətin işə götürən kimi tədbirlərdə, əmək yarmarkalarında, həmçinin onlayn kanallarda layiqli təmsil olunmasına nəzarət edilməsi
  • Yeni işçilər üçün orientasiya və adaptasiya proseslərini icra edilməsi
  • Təlim və inkişaf prosesinin bütün mərhələlərinin həyata keçirilməsi
  • Təlim ehtiyaclarının müəyyən olunması üçün rəhbərlər və biznes tərəfdaşlarla birlikdə təhlillərin aparılması
  • Yerli və xarici bazarda təlimçilərin və vendorların araşdırılması
  • Təlim büdcəsinin yaradılması, büdcənin mütəmadi nəzarətdə saxlanılması, təşkil olunan təlimlər üzrə xərclərin yoxlanılması
  • Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlim ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması
  • İnkişaf imkanları barədə məlumatlılığın artırılması və daxili təlimçilərin inkişafına töhvələrin verilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Bütün HR Modulları üzrə ümumi biliklər
  • Layihələrin koordinasiyası bacarığı
  • Analitik düşüncə
  • Problem həll etmə bacarığı
  • Qərarvermə bacarığı
  • Komandada işləmə bacarığı
  • Vaxtın düzgün idarə edilməsi bacarığı
  • Kreativlik
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office proqramlarında sərbəst istifadə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • İnsan resursları, İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsil (Magistratura təhsili üstünlük hesab olunur)
  • Təlim və inkişaf sahəsi üzrə təsdiqlənmiş təcrübə
  • İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dili (səlis), İngilis dili (səlis) üzrə biliklər (Rus dili biliyi üstünlük hesab olunur).

İş şəartlərimiz:

  • İş qrafiki : 09:00-18:00
  • İş yeri : Avrora MMC.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Karyera inkişafı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı