Qısa məzmun
Əmək haqqı : Fix+bonus. Technoil LLC Pərakəndə Satış Nümayəndəsi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Mövcud Satış Nöqtələri vasitəsilə və yeni Satış Nöqtələri cəlb etməklə məhsul satışının həcmini artırmaq;
- Şirkətə, onun məhsul portfelinə, ayrı-ayrı məhsulların xüsusiyyət və üstünlüklərinə dair ətraflı biliklərə yiyələnmək;
- Təyin edilmiş coğrafi ərazi üzrə Satış Nöqtələrini mütəmadi ziyarət etmək:
- Satış Nöqtələrini Şirkətin məhsullarına, həyata keçirdiyi satış stimullaşdırıcı kampaniyalara eləcə də Şirkətdə baş verən yeniliklərə dair məlumatlandırmaq;
- Əməkdaşlığa cəlb olunacaq yeni Satış Nöqtələrinə dair rəy bildirmək;
- Şirkətin məhsullarının satışını təşkil etmək məqsədilə Satış Nöqtələri ilə Şirkət arasında müqavilə bağlanmasını təmin etmək;
- Satış Nöqtələrində vitrinlərdə məhsulları Şirkətin təyin etdiyi standartlara uyğun yerləşdirmək, məhsul mövcudluğunu və təmizliyini təmin etmək;
- Satış Nöqtələrindən məhsul sifarişləri almaq, sifarişlərin qeydiyyata alınmasını təmin etmək;
- Satış Nöqtələrindən pul vəsaitlərini yığmaq və vaxtında mədaxil etmək;
- Şirkətin promo məhsullarını və marketinq materiallarını Satış Nöqtələrinə paylamaq;
- Müştərilərə dair məlumatları (yağdəyişmə kitabçasının iç vərəqi) Satış Nöqtələrindən təhvil almaq və Şirkətin müvafiq struktur bölməsinə təqdim etmək;
- Satış Nöqtələrinin Şirkətlə əməkdaşlıqdan məmnunluğunu təmin etmək. Əməkdaşlıqda hər hansı məsələ (narazılıq / problem / münaqişə / çatışmazlıq) yaşandığı təqdirdə zəruri tədbirlər həyata keçirərək məsələni həll etmək;
- Təyin olunmuş coğrafi ərazidə eləcə də Satış Nöqtələri səviyyəsində rəqib markaların fəaliyyətini araşdırmaq, aylıq, rüblük, illik hesabat formasında struktur bölmə rəhbərini məlumatlandırmaq;
- Struktur bölmə rəhbərinə müəyyən edilmiş formatda dövri hesabatlar təqdim etmək.
- Struktur bölmə rəhbərinin verdiyi digər tapşırıqları yerinə yetirmək.
Vəzifəyə olan tələblər:
- Müvafiq sahədə iş təcrübəsi və biliyinin olması (sürtkü yağları satışında təcrübə önəmlidir).
- “B” kateqoriyası üzrə sürücülük vəsiqəsi
- Bakı şəhəri və ətraf kəndləri yaxşı tanımaq
Səriştələr:
- Təcrübəli
- Məsuliyyətli
- Etibarlı
- Dəqiq
- Disiplinli
Əlavə məlumat:
- İş qrafiki: həftə içi 5 gün (saat 09:00-dan 18:00-dək).
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə.
- Əmək haqqı : Fix+bonus.
- İş yeri : Sumqayıt şəhəri, Sülh küçəsi 76-cı məhəllə.
- Nahar, korporativ nömrə və avtomobil şirkət tərəfindən təmin edilir.
Ən son yenilənmiş CV-nizi “Pərakəndə Satış Nümayəndəsi” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...