Qısa məzmun
Pizza Mizza şirkəti Restoran əməliyyatları üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- Pizza Mizza restoranlarını tanıtmaq;
- Büdcə və maliyyə planlarını idarə etmək, həmçinin xərclərə nəzarət etmək, menyu qiymətlərini təyin etmək, büdcələri qarşılaşdırmaq, satış məntəqələrinin profilini və konsepsiyalarını nəzərə alaraq əmlak xərclərini təsdiqləmək və restoranlar üçün maliyyələşməni müəyyənləşdirmək;
- Qida və İçki xidməti üzrə aylıq maliyyə, gəlir, xərc və məhsuldarlıq proqnozlarının dəqiqliyini və hədəflərin əldə edilməsini təmin etmək;
- Statistik və maliyyə uçotunu aparmaq;
- Satış və mənfəət hədəflərini təyin etmək və bu hədəflərə çatmaq;
- Yaranan problem və çətinlikləri peşəkar şəkildə və vaxtında həll etmək;
- Restoranların gündəlik fəaliyyətlərinə nəzarət etmək;
- Restoranların təmir və təchizat işlərinə nəzarət etmək;
- Təhlükəsizliyin effektivliyini təmin etmək;
- Əmlaka baxış keçirmək;
- Aşpaz/pizzamen və restoran menecerlərinə rəhbərlik etmək və onlarla sıx əməkdaşlıq etmək;
- Bütün provayderlərlə (yardımçı şöbələrlə) sıx və effektiv iş əlaqəsi qurmaq və inkişaf etdirmək;
- İllik Qida və İçki xidmətləri üzrə büdcəni hazırlamaq;
- Qida təhlükəsizliyi və təmizlik standartlarının həyata keçirilməsini təmin etmək;
- Fəaliyyətin bütün dövrlərində işçilərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini təmin etmək;
- Qida və içki satış məntəqələrinin xidməti və ya idarəetməsi ilə bağlı hər hansı uyğunsuzluq barədə birbaşa rəhbərliyə hesabat vermək;
- Restoran işçilərinin təlim və inkişaf ehtiyaclarını müəyyən etmək;
- İşçilərin iş yerində qalması üçün motivasiya və həvəsləndirici proqramlar üzərində işləmək;
- Restoranların aparıcı üzvlərinin fəaliyyətini qiymətləndirmək;
- Restoranlarımızda komanda ruhunun səviyyəsini yüksəltmək.
Namizədə qarşı tələblər:
- Müvafiq sahə üzrə geniş biliklərə malik olmalıdır;
- Rəhbər vəzifədə ən azı 3-5 il iş təcrübəsi olmalıdır;
- Restoran biznesi üzrə trendləri bilməsi vacibdir;
- Beynəlxalq təcrübə arzuolunandır;
- Dil bilikləri – İngilis dili, Rus və Türk dili – arzuolunandır;
- Özünə güvənən, təşəbbüskar və prioritetləri düzgün təyin etməyi və effektiv qərarlar
- qəbul etməyi bacarmalıdır;
- Yüksək kommunikasiya bacarıqları, yaradıcı, stratejik və yenilikçi düşünmə qabiliyyəti olmalıdır;
- Qonaqlar və eyni zamanda həmkarlarla sıx əlaqələri qurmaq bacarığı olmalıdır;
- Qonaqpərvərlik / Qida və İçki xidmətinin prinsipləri və bu sahədəki təcrübələr üzrə
- biliklər;
- Qida və İçki xidməti və ya müvafiq sahə üzrə diplom və ya dərəcə arzuolunandır
- Microsoft Office proqramlarını (Word, Excel, Word, Outlook və PowerPoint) yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı.
Maraqlananlar CV-lərini “Restoran əməliyyatları üzrə menecer” başlığı altında elektron ünvanına göndərə bilərlər. Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq təyin olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...