Qısa məzmun
Azerlotereya KSM (Korporativ Sosial Məsuliyyət) üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Hesabat verir: Marketinq Direktoruna
Əsas öhdəliklər:
- KSM üzrə uzun müddətli strategiyanın, siyasətin hazırlanması, müxtəlif istiqamətlər (Təhsil, elm, idman, sosial təminat, ekologiya və s.) üzrə KSM proqramlarının hazırlanması və fəaliyyətlərinin planlaşdırılması;
- Sosial tərəfdaşlıq, sosial məsuliyyət və sosial proqramların təşkilində uğurlu korporativ təcrübələrin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
- KSM ilə əlaqədar əsas paydaşların (Cəmiyyət, media, hökümət, müştərilər və s.) ehtiyaclarının araşdırılması, təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
- Müxtəlif KSM layihələrinin təşəbbüsü və icra edilməsi, bu istiqamətdə tərəfdaşlarla müvafiq işlərin aparılması, koordinasiyanın təşkil edilməsi;
- KSM layihələrinin icrası ilə əlaqədar müvafiq dövlət və özəl qurumlar, təşkilatlar, agentliklə, konüllülərlə və s. əməkdaşlıq edilməsi, layihənin tam şəkildə icrasının təmin edilməsi;
- Dövlət orqanları ilə qarşılıqlı ictimai əlaqələrin qurulması;
- KSM layihələrinin A-dan Z-yə planlaşdırılması, büdcələnməsi, icra edilməsi, hesabatın təqdim edilməsi işlərinin görülməsi;
- İllik KSM büdcəsinin hazırlanması, xərclərə nəzarət edilməsi, büdcənin effektiv idarə edilməsi;
- KSM layihələri çərçivəsində müxtəlif tədbirlərin (konfrans, seminar, təlim və s.) təşkil olunması;
- KSM layihələrinin işıqlandırılması ilə əlaqədar olaraq PR və Marketinq şöbələri ilə yaxından çalışılması;
- Periodik KSM fəaliyyət hesabatlarının hazırlanması;
- KSM məsələləri üzrə proseslərin və sənəd dövriyyəsinin idarə edilməsi.
Tələblər:
- İctimaiyyətlə əlaqələr, korporativ ünsiyyət və ya marketinq sahəsində ali təhsili olmalı;
- İctimaiyyətlə əlaqələr, KSM və ya marketinq kommunikasiyaları sahələrində ən azı 5 il iş təcrübəsi olmalı;
- Güclü analitik bacarığı. Mürəkkəb məsələləri/problemləri müəyyən etmək və həll etmək bacarığı;
- Təşklatçılıq və təmsil etmək bacarığı;
- Komanda işi və əməkdaşlıq etmə bacarığı;
- Tədbirlərin təşkilatçığı təcrübəsi olana üstünlük veriləcəkdir;
- Azərbaycan, İngilis dillərini səlis bilməsi; Türk və Rus dillərini bilənlərə üstünlük veriləcəkdir;
- MS Office proqramlarını bilməli; Power Point programını yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini mövzu (subject) hissəsində “KSM (Korporativ Sosial Məsuliyyət) üzrə Menecer” yazmaqla hr@azerlotereya.com e-poçt ünvanına göndərmələri xahiş olunur.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...