Qısa məzmun
PASHA Life şirkəti Proqramlaşdırma və dəstək bölməsinin baş mütəxəssisi (proqramçı) vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 2 (iki)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 10 may 2022-ci il
Vəzifə Öhdəlikləri:
- Şirkətin, onun filial və nümayəndəliklərinin işinin avtomatlaşdırılması üçün idarəetmə sistemlərinin yaradılması istiqamətində proqram təminatını, onun tətbiqi üçün verilən tapşırıqları analiz etmək;
- Proqram təminatı bölməsi üzrə təhkim edilmiş Komanda ilə birlikdə işləmək;
- Proqram kodlarının hazırlanması
- Unit Test Modulların hazırlanması,
- Texniki Test mərhələlərinin aparılması
- Proqram təminatının hazırlanması üçün tapşırıqları izləmək,
- Gündəlik Komanda görüşlərində iştirak etmək, təlimatlar üzrə nəzərdə tutulan işlərin həyata keçirmək və nəzarət etmək
- Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və öncədən görülə biləcək problemləri
- Nəzərdə tutulan Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini həyata keçirmək;
- Şirkətin, PO və Birbaşa rəhbərlərin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
- Biznesə dəstək məqsədi ilə məhsullar üzrə verilmiş texniki tapşırıqların analiz olunması və avtomatlaşdırılmasını idarə etmək;
- Daxili proseslərin analiz olunması və avtomatlaşdırılmış hesabat sisteminin qurulmasını idarə etmək;
- Web & Win servisləri hazırlamaq;
- Yeni yazılmış prosedur və funksiyaları test etmək;
- Proqramçı olaraq şirkətin İT strategiyasına və tələblərinə uyğun proqram təminatlarından istifadə etmək və standartlar daxilində BackEnd proqramlaşdırma üzrə taskların yerinə yetirilməsini təmin etmək
- Daima yenilikləri izləmək və təkliflərini birbaşa rəhbərlərinə, Məhsul sahiblərinə bildirmək
Namizədə olan tələblər:
- İş təcrübəsi: İnformasiya texnologiyaları üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: İnformasiya Texnologiyaları, Riyaziyyat və ya Kibernetika ixtisaslar üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
- Üstünlüklər: Microservis Arxitekturasında və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
- Kompüter bilikləri: C#:əla , ASP.Net Core Web API: əla , ASP.Net Core MVC: əla, MSSQL (T-SQL): əla
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, dəyişikliklərə uyğunlaşma
İmtiyazlar:
- Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...