Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Qanun mahiyyətli sənədləri işləyib hazırlamalıdır.

Şirkət haqqında:

2003-cü ildə qurulmuş “RİCON” MMC, ixtisaslaşmış bir təşkilat olaraq enerji obyektlərinin inşası, meliorasiya, sənaye və mülki inşaatı ilə məşğul olmuş, ölkəmizdə bir çox mühüm layihələr həyata keçirmişdir. Uzun illərdir fəaliyyət göstərərək yüksək ixtisaslı mütəxəssislər və mühəndislər yetişdirmişdir. Sənaye, mülki və ictimai obyektlər, habelə sənaye obyektlərinin əsas və köməkçi avadanlıqlarının quraşdırılmasında iştirak etmişdir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin icrası;
  • Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizası;
  • Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq;
  • Müqavilə üzrə öhdəliklərin və borcların tələb edilməsi
  • Müqavilələrin sistemləşdirilməsi işinin təşki və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi
  • Şirkəti dövlət orqanlarında hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək
  • Məhkəmə işlərinin aparılması
  • Müəssisənin fəaliyyətinin  müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək
  • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
  • Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq;
  • Şirkətin bölmələrini hüquqi məsləhət və yardımla təmin etmək;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həllinin təmin edilməsi

Namizədə qarşı tələblər:

  • Hüquqşünaslıq üzrə bakalavr dərəcəsi.
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının qanunvericilik və normativ – hüquqi aktlarını i (xüsusi olaraq: mülki, mülki- prosessual, əmək, vergi, inzibati, gömrük və korporativ hüquq).
  • mükəmməl bilmək.
  • Azərbaycan-səlis, rus dili arzu olunandır
  • MS Office proqramları biliyi
  • Məsuliyyət, təşəbbüskarlıq,çeviklik,nəticə yönümlülük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;

Əlaqə:

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquqşünas” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...