Qısa məzmun
Grand-Agro MMC Elektrik montyoru vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komandada işləmək bacarığı olmalıdır.
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l2rmrxz9
Təsvir:
- Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili
- Baş Mühəndisin tapşırığı ilə elektrik yuvalarının qurulması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi
- Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərinin həyata keçirilməsi
- Layihələrdə tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularınin seçilməsinin təşkili və həyata keçirilməsi
- Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi.
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.
- Montaj işlərinin görülməsi.
Tələblər:
- Elektrik işləri sahəsində ən az 1-3 il təcrübəsi olmalı və minimum 3-cü dərəcəli elektrik olmalıdır.
- Elektrik sahəsində ali və yaxud da orta ixtisas təhsili
- Fərdi və komandada işləmək bacarığı
- Dəqiq və sürətli işləmək bacarığı