Qısa məzmun
Avrora MMC şirkəti Həkim vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- Günlük olaraq əraziyə çıxan işçi heyətinin rutin yoxlanışının həyata keçirilməsi;
- İşçi heyəti tərəfindən daxil olan müraciətlər əsasında müayinələrin və ilkin tibbi yardımın həyata keçirilməsi;
- Tibbi ləvazimat qutularının mütəmadi olaraq diqqətdə saxlanılması;
- Növbə ərzində müvafiq qeydlərin aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Tibbi avadanlıqlarla işləmə bacarığı;
- Təcili tibbi yardımın göstərilməsi üzrə bilik və bacarıqlar.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil : Tibb sahəsi üzrə ali təhsil ( Terapiya ixtisası arzuolunandır);
- İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Təcili tibbi yardımda iş təcrübəsi üstünlük hesab olunur).
İş şərtlərimiz:
- İş qrafiki : Növbəli;
- İş yeri : Avrora Sənaye Parkı, Hökməli qəsəbəsi;
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Təlim və inkişaf imkanları;
- Nahar;
- Servis.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Həkim” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...