Qısa məzmun
FORTİS GROUP MMC Sürücü (yük avtomobili) vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Xırdalan şəhəri.
Namizədə tələblər:
- Yaş həddi 25-55;
- Müvafiq sürücülük vəsiqəsi və kateqoriyası ;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
- Diqqətli və məsuliyyətli olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Xəttə çıxış zamanı növbətçi mexaniklə birlikdə avtomobillərin aqreqat və mexanizmlərini yoxlamaq.
- Avtomobildə təmir üçün lazım olan alətlər, tərtibatlar və qurğuların saz vəziyyətdə olmasını yoxlamaq.
- Nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı müvafiq təhlükəsizlik normalarına və qanunlara riayət etmək, təhlükəsizlik tələblərinin yerinə yetirilməsini təmin etmək.
- Hərəkət intensivliyindən asılı olaraq avtomobilin sürətini düzgün seçmək, yaşayış məntəqələrində sürət rejiminə və müvafiq qaydalara ciddi riayət etmək.
- Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəsinə nəzarət etmək.
- Nəqliyyat vasitəsinin texniki saz vəziyyətdə olması və komplektliyini yoxlamaq, o cümlədən əyləc sisteminin, sükan idarəsinin, qapıların, güzgülərin saz vəziyyətdə olduğuna əmin olmaq.
- Nəzarət ölçü cihazlarının (spidometr, manometr, taxometr) işləməsinə diqqət yetirmək.
- Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın cavabdehliyini daşımaq.
- Nəqliyyat vasitəsi ilə daşıdığı yükün və ya hər hansı bir mal-materialın sağlam şəkildə çatdırılmasını təmin etmək.
- Hər hansı bir hadisə zamanı nəqliyyat vasitəsini operativ şəkildə idarə etmək.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Nahar ilə təmin edilir.
- İş yerinə servislə çatdırılır.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Sürücü (yük avtomobili)” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...