Qısa məzmun
Ricon MMC Smeta mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Dinamik komandada işləmək bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya, melarasiya vb).
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi.
- Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək.
- Layhəyə əsasən iş həcmlərinin çıxarılması.
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması. .3
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması. Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması.
- Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək
- Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək
- Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi
- Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi)
- Əmək-haqqqi və içra fondlarını hazırlamağı
- Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması
- Sahələrdən gələn texniki hesabatların yoxlanmasını.
- Layihədəki büdcə risklərin analizi.
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili.
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması.
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi.
- Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi.
- Tikinti materialları və inventarına nəzarət.
- Layihə ilə bağlı proqresin sənədləşdirilməsi.
- Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi.
Namizədə dair tələblər:
- Mühəndis / memar ixtisası üzrə ali təhsil.
- Minimum 5 il müvafiq sahədə iş təcrübəsi.
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri bilməli.
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını bilməli.
- İqtisadıyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını.
- Mülkü,sənaye,yeraltı tikili və qurğuların, elektrik, mexaniki işlər,havalandırma, ventilyasiya,meliorasiya işləri üzrə bilikləri olan.
- Komputer bilikləri: Excel və AutoCAD, 1C proqramları üzrə biliklər.
- Məsuliyyət, təşəbbüskarlıq,çeviklik,nəticə yönümlülük və etibarlılıq kimi müsbət göstəricilər sahib olmaq.
Əmək haqqı 2000 azn dən başlayır +bonus;
5 günlük iş qrafiki.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Smeta mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...