Qısa məzmun
Halal-P şirkəti Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Mətnlərdə açar sözlərdən istifadə etmək bacarığ; olmalıdır.
İşin təsviri:
- Sayt üçün mətn kontenti hazırlamaq
- Biznes mətnlərin hazırlanması (təkliflər, e-poçt göndərişləri, pres-relizlər, vizitkalar, flayerlər, bonuslar, kataloqlar, təqdimatlar)
- Daxili hesabat mətnləri hazırlamaq
- Biznes məktubları yazmaq
- Orfoqrafik və qrammatik səhvləri yoxlamaq
- Kampaniyalar üçün sloqanlar və adlandırmalar düşünmək
- Video icmallar, video izahlar üçün ssenarilər hazırlamaq
- Tərcümə etmək
Tələblər:
- Ali təhsil
- Kopirayter sahəsində ən azı 1 il iş təcrübəsi
Bacarıqların:
- Azərbaycan dili qrammatikası biliyi, eyni zamanda düzgün tətbiq edilməsi bacarığı;
- İngilis və rus dillərini bilən namizədlərə üstünlük verilir
- Marketinq və satış sahəsində yüksək fəlsəfi düşüncə forması
- Mətnlərdə açar sözlərdən istifadə etmək bacarığı
- Microsoft Office və İnternet resursları ilə işləmə bacarığı
- Komandada işləmək bacarığı
- Yaradıcı və analitik düşüncə tərzi
- Təşəbbüskarlıq, operativlik, punktuallıq
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
- Dürüstlük və ədalətli mübadilə
Seçim bir neçə mərhələdə aparılır:
- CV – bənzər bir təcrübənin varlığına baxırıq
- Doldurulmuş anket forması – cavab sürətinə və anketin məzmununa baxırıq
- Üz-üzə müsahibə – “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik”
- Rəhbərlə müsahibə
Şərtlər: İş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək;
Əmək haqqı: 700-800 AZN
Bu linkə daxil olun və anket formasını doldurun. Onu da CV ilə birlikdə göndərməyi unutmayın.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...