Qısa məzmun
Ateshgah Sigorta şirkəti Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi (gündüz növəsi) vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Cinsi: qadın
- Təhsil: Ali, tibb təhsili mütləqdir
- İş təcrübəsi: arzuolunandır
- Dil bilikləri: Azərbaycan (əla), Rus (əla),Ingilis dili (əla)
Əsas vəzifə öhdəlikləri:
- Könüllü Tibbi Sığorta üzrə sığortalanan şəxslərin müraciətlərini qəbul etmək
- Sığortalı müştərilər üçün tibbi yardımın təşkili
- Tibbi və sığorta sənədləşdirilməsinin aparılması
- Müraciyyətin məzmunundan asılı olaraq tibbi xidmətin müvafiq qanuna və qaydalara əsasən koordinasiyasnı təmin etmək və məlumatı mövcud olan bazada qeyd etmək
- Hesabatlar tərtib etmək
- Birbaşa rəhbərin müvafiq tapşırıqlarını yerinə yetirmək
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı: 6/1: (qrafiklə)
- Əmək haqqı: 670 azn – ingilis dili yüksək səviyyədə olan namizədlər üçün isə 784 azn (gross məbləğ, əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişə bilər)
- Şirkət tərəfindən nahar
- Fəaliyyət nəticələrinin qiymətləndirilməsinə əsasən bonus sistemi
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
- Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına Tibbi yardımın təşkili şöbəsinin mütəxəssisi qeyd edərək göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...