Qısa məzmun
Lankaran Springs Wellness Resort Qida və içkilər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Mobil telefon və korporativ nömrə ilə təmin olacaqdır.
Əsas öhdəlikləri:
İaşə şöbəsinin fəaliyyətlərinin müvafiq korporativ strategiya ilə tənzimləndiyini və müvafiq sayıldığı yerlərdə otelin tədbirlər planının icra edilməsini təmin etmək. Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək. Xüsusi olaraq işlərin pik vaxtlarında bütün əməliyyatlara nəzarət etmək, zəruri sayıldıqda, müvafiq tənzimləmələrin həyata keçirilməsi üçün aidiyyəti olan şöbə rəhbərləri ilə birgə işləmək.
Əsas vəzifələr:
- Bütün işçilərin hər zaman müştərilərə eksklüziv xidmətlər təqdim etməsini təmin etmək.
- Digər şöbələrdə müvafiq sayıldıqda, işçilərin daxili müştərilərə də mükəmməl xidmət göstərmələrini təmin etmək.
- İctimai ərazilərdə fəaliyyət göstərərək əməkdaşlar və qonaqlar arasında qarşılıqlı münasibətləri müşahidə etmək və qonaqlarla söhbət etmək, zəruri hallarda, qonaq xidmətləri bacarıqlarının inkişaf etdirilməsi məqsədi ilə işçilərin təlimləndirilməsi üçün şöbə müdirləri ilə birlikdə işləmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- İaşə şöbəsinin maliyyə hədəflərini həyata keçirmək, eləcə də qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın görülməsi, həmçinin çevik planlaşdırmadan istifadə etməklə, işçilərin məhsuldarlığının yüksəldilməsinə kömək etmək.
- Hər bir ticarət obyektinin (məs. iaşə obyekti, bar, banket zalları) rentabelli fəaliyyət göstərməsini təmin etmək.
- Hər bir təsərrüfat bölməsinin (məs. Texniki Təmizlik Xidməti) mümkün qədər minimal xərclər çərçivəsində işləməsini təmin etmək.
- İaşə şöbəsi üçün illik biznes planının hazırlanmasında iştirak etmək.
- Zəruri sayıldıqda, şöbələr üzrə bölünməklə illik marketinq planının tərtib edilməsi, istifadəsi və yenilənməsində iştirak etmək.
- Otelin həyata keçirdiyi əməliyyatların həm rəqabətə davamlı, həm də ən müasir tələblərə cavab verməsini təmin etmək üçün davamlı olaraq yerli, milli və beynəlxalq bazarların tendensiyalarını, təchizatçılar və otel / restoran əməliyyatlarını qiymətləndirmək.
- Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək.
- Bütün işçilərin bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olduqlarını təmin etmək.
- Müvafiq təlimlər, maarifləndirmə və / ya hamilik yolu ilə şöbə rəhbərlərinin bacarıqlarını və biliklərini inkişaf etdirməklə, onların məhsuldarlığını maksimuma çatdırmaq.
Tələblər:
- Bütün aspektlər üzrə mükəmməl ünsiyyət bacarıqları;
- Peşəkar və uyğun işgüzar görünüş və təqdimat;
- Biznes və ya istirahət mehmanxanasında müqayisə edilə bilən vəzifədə 3-5 il iş təcrübəsi;
- Əla təşkilatçılıq və inzibati bacarıqlar;
- Mükəmməl qonaq xidməti və problemlərin həlli bacarıqları;
- 24 saatlıq əməliyyat tələblərinə cavab vermək üçün çeviklik;
- Elektron cədvəllər və büdcə paketləri ilə hərtərəfli işləmək bacarığı;
- problem sahələrini yaxşılaşdırmaq üçün həll yollarını təqdim etmək və düzəldici tədbirlərin həyata keçirilməsinə kömək etmək;
- Qida və içki əməliyyatlarının bütün aspektləri üzrə mükəmməl bilik;
Üstünlüklər:
- Dünyaca məşhur otel brendlərinin təcrübəli komandası ilə əməkdaşlıq etmək şansı;
- Təlim və inkişaf proqramlarında iştirak etmək imkanı;
- Otellərdə və digər müvafiq mülklərdə maksimum endirim imkanları
- PMD Group rəhbərliyi altında müxtəlif sənaye müəssisələrində karyera imkanları;
- Tibbi sığorta (ailə paketi);
- Mobil telefon və korporativ nömrə;
Maraqlanan namizədlərdən mövzu yerində Vakansiyanın adını qeyd etməklə CV-lərini göndərmələri xahiş olunur.
Yalnız uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix 10 iyun 2022-ci ildir.
Oxşar vakansiya siyahısı:
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...