Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi olmaqla mükəmməl səviyyədə), İngilis dili və Rus dili bilməsi arzuolunandır.
- Kompüter bilikləri: MS Office (MS Excel – orta);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Yaş: 35 yaşa qədər
- Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
- Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik.
Vəzifə öhdəlikləri:
- Reklam mətnlərinin, şüarlarının yazılması,
- Məqalələr, məhsul təsvirləri, sosial media və şirkətin veb səhifəsi üçün məzmunların hazırlanması,
- Reklam ssenarilərinin təklif edilməsi,
- Səhvlər və uyğunsuzluqların araşdırılması, mövzuya uyğun mətnin formalaşdırılması üçün kontent yazılması, korrektə və redaktə işlərinin aparılması,
- SEO yönümlü veb sayt kontentinin hazırlanması və bloqların yazılması,
- Bazar trendlərinin, yeniliklərinin izlənməsi və onların işdə tətbiqi,
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və mövcud məzmundakı boşluqları aradan qaldırmaq üçün yeni məzmun tövsiyyə etmək.
İş qrafiki:
- İş saatları 09:00- 18:00
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
- Nahar ilə təmin edilmə
- İş yeri : Bakı şəh Məhəllə 2074-2077,Köndələn küç 10,(Ulduz mts yaxınlığı)
Göstərilən tələblərə cavab verən namizədlər CV və portfoliolarını hacar.hasanova@inci.az e-mail ünvanına subject bölməsinə “Kopirayter” yazaraaq göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Efir koordinatoru (təcrübəçi)
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...