Qısa məzmun
Baku Electronics LTD Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti olmalıdır.
Vəzifə öhdəlikləri:
- Məhkəməyə göndəriləcək sənədləri müvafiq struktur bölmələrindən təhvil almaq;
- Təhvil verilmiş akt üzrə sənədləri təhvil almaq üçün siyahı tərtib edərək Arxiv şöbəsinə müraciət etmək;
- Daxil olmuş sənədlər əsasında məhkəməyə və ya digər orqanlara müraciət edilməsi üçün onların surətlərini çıxarmaq;
- Zərurət olduqda daxil olmuş sənədlər əsasında məhkəməyə müraciət edilməsi üçün iddia, kiçik iddia icraatı üzrə iddia ərizələri və əmr ərizələrini, o cümlədən etiraz və vəsatətlər yazmaq, digər orqanlara ərizə və şikayətləri hazırlamaq;
- Hazırlanmış müraciətlərin şöbə müdiri yoxladıqdan sonra imzalanmasını və aidiyyəti üzrə göndərilməsini təmin etmək;
- Şöbəyə daxil olan və çıxan məhkəmə sənədlərini və digər aid olan sənədləri proqrama yazmaq və qovluğa tikmək;
- İcraya yönəldilən sənədlərin aktını tərtib etmək, aidiyyəti şöbəyə təhvil vermək və proqramda onları aidiyyəti işçilərə transfer etmək;
- Məhkəmə qərarlarında olan məbləğlərin uyğunlaşdırılması üçün qərarları aidiyyəti şöbəyə təqdim etmək.
Tələblər:
- Ali hüquq təhsili;
- Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
- Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
- İş mühitinə uyğunlaşmaq və kollektivlə birgə işləmək;
- Əla səviyyədə Azərbaycan dili biliyi, Rus dili və İngilis dili biliyi üstünlük təşkil edir.
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.