Qısa məzmun
Kristal Abşeron şirkəti Xarici satınalma üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi,
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C),
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan dili, İngilis dili, Rus dilini mükəmməl bilməli,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Yaradılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Xarici satınalma üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1500 — 2000 ₼
Logistika üzrə koordinatorASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...