Qısa məzmun
Askona MMC şirkəti Mağaza müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Bakıda yeni açılan Mebel istehsalı və satışı üzrə beynəlxalq (İsveçrə və Rusiya birgə şirkəti) şirkətdə Mağaza müdiri vəzifəsi üzrə vakansiya aktivdir
Namizəd üçün tələblər:
- Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
- Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (mebel sənayesində müvafiq təcrübəyə üstünlük verilir)
- Yaş: 28-45
- Dil bilikləri: Rus dili tələb olunur, ingilis dili arzuolunandır (Müəssisə rəhbərliyinin Rus milliyəti olmasını və Müəssisənin Baş ofisinin xaricdə yerləşməsini nəzərə alaraq)
- Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Vəzifələr:
- Mağazanın ümumi fəaliyyətini təşkil edir;
- Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir;
- Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir;
- Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir;
- Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir;
- Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir;
- İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir;
- Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür;
- Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür;
- Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir;
- Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir;
- Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət;
- Mal qalıqlarına nəzarət və uçotun aparılması;
- Assortimentin və satışın analizi;
- Daxili inventarizasiyanın aparılması;
- Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir.
- Görülən işlərin qeydinin aparılması
İş qrafiki: 5 günlük iş qrafiki
Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər)
Korporativ nömrə və yanacaq müəssisə tərəfinfən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Mağaza müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...