İş müsahibəsi üçün bir az hazırlıq, müvəffəqiyyət şansını gözlədiyinizdən daha çox artıra bilər. Müsahibədə nə etməli olduğunuzu və nə etməli olmadığınızı bilsəz, müsahibə yağ kimi keçəcək. Bu işi bilənlərin diqqət yetirdiyi 35 məsləhəti sizin üçün hazırladıq.
Müsahibənin gedişatını müsbət və təsirli etmək düşünüldüyü kimi çətin deyil. İşin sirri əsas şeyləri bilməkdir. İşəgötürənlər aşağıdakılara diqqət yetirirlər:
Xarici görünüş: Siz kifayət qədər dəbli və peşəkar görünürsünüz?
Davranışların: Bütün hərəkət və davranışların peşəkar dil və etiket qaydalarına uyğun gəlirmi?
Bədən dili: Ciddi və məsuliyyətlisinizmi?
Etibarlılıq: Sizə işi vermək üçün güvənmək olarmi?
Bu əsas gözləntilərə görə iş görüşməsində diqqət yetirməli olduğun 35 məsləhət:
- Hazır ol.
- İş görüşməsi üçün getdiyin şirkət və işəgötürən haqqında məlumat əldə edin.
- Şirkətdəki son hadisələrdən xəbərdar ol.
- Sektor haqqında məlumat əldə etmək üçün qaynaqları izləyin.
- Görüşməyə tez get.
- Əvvəlcədən özünü sual- cavab et.
- Dəbə uyğun və təmiz geyin.
- Düz və dik otur.
- Əminliklə danış.
- Görüşdüyün insanı narahat etməyəcəyin qədər göz təması qur.
- Suallara cavab vermədən öncə düşün, tələsik cavab vermə.
- Həddində zarafat et.
- Sosial media hesabınızda görüşdüyünüz şirkət haqqında müsbət paylaşımlar edin.
- Sosial media hesabında son paylaşımların işin və peşən haqqında ciddi və müsbət şeylər olsun.
- İşə uyğun bir dildə danışın. İşinizlə bağlı terminlərdən bol-bol istifadə edin.
- Özün ol və təbii ol. Sahib olduğun səni sən edən özəlliklərin sayəsində işi alacağını unutma.
- İşəgötürən səni bacarıqlı, bilikli, təcrübəli və xoş bir insan kimi tanımalıdır.
- Karyera hədəflərini və işi istəmə səbəblərini izah et.
- Dostlarınızla və ya həyat yoldaşınızla iş görüşmələri edin.
- Hər iş görüşməsində verilən sualları yaz və onları cavabla.
- Müsahibədən əvvəl yaxşı bir səhər yeməyi yeyin.
- Yalnız idarəçiləri deyil, görüşdə iştirak edən hamıya xoş təsir bağışlamalısınız.
- Görüşə girmədən əvvəl bir neçə dəqiqə ayır. Dərin nəfəs al və rahatlamağa çalış.
- Müsahibə zaman barmaqlarınla oynama, boynunu və ya üzünü qaşıma. Sakit və rahat qal.
- Mənfi ehtimallarda dayanıb özünüzü stressə soxmayın.
- Qeyri-peşəkar dildə danışmayın.
- Gülümsəməyi unutmayın.
- Sıxışdığın suallar ola bilər, onların səni çaşdımasına icazə vermə.
- Köhnə iş yerlərin haqqında mənfi danışma.
- Özünüzü çox tərifləməyin.
- Güclü tərəflərinizi vurğulamağı unutmayın.
- Zəif tərəfləriniz və çatışmazlıqlarınız haqqında məcbur olmasaz danışmayın.
- Şəxsi söhbətlər etməyin.
- Müsahibədən öncə çoxlu kofein qəbul etmə.