Qısa məzmun
Bank of Baku şirkəti Məhkəmə işləri şöbəsinin hüquqşünası (Bakı və region filialları) vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Məhkəmə işlərinin məhkəmədə təqibini həyata keçirmək
- Məhkəmə qərarlarının alınıb aidiyyatı üzrə təhvil verilməsini təmin etmək
- Məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmış işlərin yenidən məhkəməyə göndərilməsini təmin etmək
- Əmək müqaviləsi, departamentin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn funksiyaları icra etmək
Tələblər:
- Ali hüquqi təhsil
- Azərbaycan dili üzrə əla şifahi və yazılı ünsiyyət bacarığı
- MS Word və Excel proqramları ilə orta səviyyədə işləmə bacarığı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
İş yeri: Bakı, Şirvan, Lənkəran və Yeni Gəncə filialları
İş vaxtı: 5 iş günü, 09.00-18.00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Məhkəmə işləri şöbəsinin hüquqşünası qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.