Qısa məzmun
AVICOM LLC Kiber Təhlükəsizlik üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə aid tələblər:
- Ali təhsil
- Bu sahədə ən azı 1 il iş təcrübəsi;
- İngilis və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- Kiber və informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemlərə dair praktiki biliklər;
- Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında praktik biliklər;
- Lokal və qlobal şəbəkə üzrə biliklər;
- Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;
- Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı;
- Kiber təhlükəsizlik sahəsində sertifikatların mövcudluğu arzu olunandır;
Vəzifə öhdəlikləri:
- Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq, təhlükəsizlik hallarının, insidentlərin monitorinqi və analizi;
- NGFW, WAF, Endpoint Security, Threat Intelligence, SIEM, Vulnerability Assessment, SOAR və s. informasiya təhlükəsizliyi sahəsində mövcut olan sistemlərin qurulması, sazlanması və idarə edilməsi;
- Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi;
- Məxfilik qaydalarına riayət etmək;
- Müştərilərin satışdan əvvəlki (Pre-sale) konsultasiyası;
- Peşəkar ünsiyyət və öyrətmə bacarığının olması mütləqdir;
İş yerinə dair üstünlüklər (benefits):
- Korporativ tibbi sığorta
- Performansa dayanıq ekstra ödənişlər
- Şəxsi inkişaf imkanları
İş şərtləri
- iş rejimi – həftədə 5 gün
- iş saatları – 09.00-18.00
- 1 saatlıq nahar fasiləsi
Namizədləri e-mailın mövzu hissəsində “Kiber Təhlükəsizlik üzrə mühəndis” yazmaqla öz CV-i göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...