Qısa məzmun
STP Global Cable Hüquq meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Bizim üçün uyğun namizəd:
- Ali hüquq təhsili olmalı;
- Korporativ hüquq sahəsi üzrə minimum 5 (beş) il iş təcrübəsinə malik olmalı;
- Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Cəmiyyətdaxili əmr, təlimat, prosedur və proseslərin tərtibatı və razılaşdırılması və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi;
- Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
- Sənaye parkında Cəmiyyətin təmsil edilməsi, müvafiq sənədlərin hazırlanması, sorğuların cavablandırılması;
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Hüquqi ekspertiza üçün daxil olan Cəmiyyətdaxili normativ sənədlərin və müqavilələrin layihələrinə rəy vermək;
- Cəmiyyətin və onun törəmələrinin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
- Cəmiyyətin törəmələrinin vergi və rüsumlardan azad olunması üçün tələb edilən təsdiqedici sənədlərin müvafiq dövlət orqanlarından alınması;
- Cəmiyyətin törəmələrinin istehsal etdiyi əmtəələrə lisenziya və sertifikatların əldə edilməsi üçün hüquqi dəstək göstərmək;
- İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti və rəhbər heyəti təmsil etmək;
- Daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışların alınması, mövcud çıxarışlarda dəyişikliklərin dövlət qeydiyyatı üçün zəruri addımları atmaq;
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
- Tibbi sığorta mövcuddur;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Hüquq meneceri” yazaraq 26.06.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.