Qısa məzmun
Bank Respublika ASC Məlumat mərkəzi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Banka daxil olan telefon zənglərini qəbul etmək və onların ətraflı cavablandırılmasını həyata keçirmək;
- Telefon vasitəsilə xidmət göstərdikdən sonra müştəriləri Bankın cari kampaniyaları haqqında məlumatlandırmaq;
- İntrabank və digər mənbələrdən gələn bütün məlumatlarla tanış olmaq;
- Bankın məhsul və xidmətləri, tarif və kampaniyaları haqqında məlumatlı olmaq.
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, ingilis dili arzuolunandır;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 iyun 2022-ci il tarixinədək email-in mövzu hissəsində Məlumat mərkəzi şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
AccessBank Müştəri Xidmətləri üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis (İsmayıllı filialı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Port Rivoli Baku Qeydiyyatçı (Receptionist) vəzifəsi üzrə vakansiya elan edir. ...
AzəriMed QSC Ofis işləri üzrə Əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Arena Plaza Hotel & Apartments'ə Qeydiyyatçı axtarışındayıq. ...
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...