Təlimlərin İdarə olunması üzrə Layihə Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gravity Təlimlərin İdarə olunması üzrə Layihə Meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Qısa məlumat:

  • 7 ildən çox fəaliyyət göstərən və bir çox yerli və beynəlxalq layihələr üzrə müxtəlif proyektləri icra edən, son illərdə layihələrin idarə olunması üzrə ixstisaslaşan Gravity Inc. MMC-nin Layihələrin İdarə olunması departamenti Təlimlərin İdarə olunması üzrə ixtisaslaşmış təcrübəli və bacarıqlı menecer axtarışındadır.
  • Vəzifə: Təlimlərin İdarə olunması üzrə Layihə Meneceri
  • Əmək haqqı: Vakantın təcrübəsinə uyğun olaraq bonuslarla birgə 1500 – 2000 AZN
  • İş qrafiki: Həftə içi 5 gün tam, şənbə günləri natamam iş günü

Namizədə Tələblər:

  • Layihələrin idarə olunması sahəsində minimum 3 il, Təlimlərin idarə olunması sahəsində minimum 2 il peşəkar təcrübə,
  • Onlayn və oflayn təlimlərin keçirilməsi üzrə təcrübə
  • Biznesin inkişafı, sahibkarlıq, biznesin idarə olunması, satış, marketinq və oxşar sahələrdə məlumatlılıq
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar,
  • Layihələrin idarəetmə və təqdimat bacarığının olması;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • İngilis və Rus dillərini mükəmməl bilmək arzu olunandır;
  • Yaş həddi: 25-38 arası.
  • Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı. Sertifikatların olması üstünlükdür.

Vəzifə Öhdəlikləri:

  • Komanda üzvlərinin vəzifələrini, rollarını və funksiyalarını müəyyənləşdirmək;
  • Komandanın vəzifələrini effektiv şəkildə yerinə yetirmələrini təmin etmək üçün komanda üzvlərinə nəzarət etmək, həmçinin daxili və xarici amillərlə bağlı aydın məlumat və təlimat vermək;
  • Layihənin icra planının və prosesinin planlaşdırılması, icrası və monitorinqi;
  • Tələb olunan və lazımi sənədlərin hazırlanması, təqdim olunması, hesabatların və digər sənədləşmə işlərinin icra olunması;
  • Təlim planının, cədvəlinin, bölgüsünün və gündəlik, həftəlik, aylıq iş planının qurulması və monitorinqi;
  • Təlimçilərin və layihə koordinatorlarının müvafiq təlim planına, bölgüsünə və təlim qrupları üzrə iş planının qurulması və monitorinqi;
  • Təlimlər üçün lazım olan təlim-tədris materiallarının, təlim məkanlarının, tələblərə əsasən gigiyena və digər ləvazimatlarının,  maddi-texniki bazanın və digər lazımi məqamların təşkil olunması və icrası;
  • Layihə Rəhbəri ilə birgə layihənin bütün gedişatına nəzarət etmək və daimi hesabatları Layihə Rəhbərinə və sifarişçiyə təqdim etmək;
  • Təlim Koordinatorları və Təlimçilərin işlərinin gedişatına, keyfiyyətinə və səmərəliliyinə, həmçinin layihənin hədəflərinə əsasən düzgün şəkildə getməsinə nəzarət etmək;
  • Təlimlərin gedişatı zamanı təlim planına nəzarət və mövcud vəziyyətə uyğun olaraq ehtiyyac yaranarsa təlim cədvəlini yeniləmək;
  • Layihənin tələblərinə əsasən təlimlərin keçirilmə qaydalarının və prosesinin qurulması, Təlimçilərə, Koordinatorlara və digər komanda üzvlərinə bu barədə təlimlərin keçirilməsi;
  • Təlimlərlə bağlı müvafiq sənədlərin və hesabatların yoxlanılması, arxivlənməsi və layihə rəhbərinə, həmçinin sifarişçiyə təqdim olunması;
  • Təlim boyunca iştirakçılarla və digər məqamlarla bağlı problem yaranarsa bunu koordinasiya etmək və problemlərlə bağlı layihə rəhbərinə məlumat vermək;
  • Təlimlərin gedişatında keyfiyyətə nəzarətin olunması (Təlimlərin daxili standartlara və prosedura uyğun getdiyinə nəzarət etmək)
  • Layihənin uğurla icra olunması və tamamlanması üçün digər lazımi bütün işlərin görülməsi və nəzarəti.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatları lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini hr@gravityinc.az elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Təlimlərin İdarə olunması üzrə Layihə Meneceri” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı