Qısa məzmun
PARLA Pharmaceuticals Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə:
- Şirkət məhsullarını təqdim etmək
- Endokrinoloji və kardioloji portfel üzrə tibb müəssisələrinə baş çəkmək
- Bazar təhlili aparmaq
- Satış dinamikasını izləmək
- Fəaliyyət planı tərtib edərək həyata keçirmək və elektron sistemdə qeydiyyat aparmaq
- Maarifləndirici tədbirlər, sosial layihələr həyata keçirmək
Namizədə tələblər:
- Ali tibbi və ya əczaçılıq təhsili
- İş təcrübəsi: əczaçılıq biznesində satış sistemində ən azı 1 il
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
- Analitik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramların biliyi (World, Excel, Power Point);
- Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;
- Sürücülük vəsiqəsi – B kateqoriyası.
İş şəraiti:
- I-V günlər, 8 saatlıq iş rejimi
- Şirkət daxil təlim və inkişaf imkanları
- Şirkət avtomobili
- Mobil xərclərin qarşılanması
- Sınaq müddətindən sonra könüllü tibbi sığorta
CV-lərinizi məktubun mövzu hissəsində “Tibbi nümayəndə” qeyd etməklə 15.06.2022 tarixinədək e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...