Smeta Mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Makro 2000 şirkəti Smeta Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
  • Tikinti/quraşdırma üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb layihə rəhbərinə təqdim olunması;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib azırlanması;
  • İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
  • İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatların hazırlanması, layihələndirmə üçün tapşırıqların tərtib edilməsi;
  • Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
  • Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
  • Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
  • Layihə-axtarış işləri üzrə tapşırıqların icrası haqqında aylıq, illik hesabatların tərtib edilməsi.
  • Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
  • Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
  • Vahid qiymət analizləri;
  • Aralıq ödənişlərinə nəzarət;
  • Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
  • Layihə cizgilərində dəyişikliklərin sənədləşdirilməsi və büdcənin yenilənməsi;
  • Tikinti materialları və inventarına nəzarət;
  • Layihə ilə bağlı proqresin sənədləşdirilməsi;
  • Sub-podrat firmalara müqavilə ödənişlərinin təhlili və tətbiqi;
  • BOQ qiymətləndirmə.

Namizəd bilməlidir:

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;
  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Eskiz və işçi layihəni oxuma bacarığı;
  • Azərbaycan, ingilis dillərində sərbəst yazmaq və danışmaq bacarığı;
  • Kompüter biliyi: MS Excel, MS Project, AutoCad;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

İş şəraiti haqqında məlumat:

  • Həftə ərzində 6 günlük iş qrafiki
  • İş saatı: 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
  • İş yeri: Bakı şəhəri və rayonlar (ezamiyyələrə açıq olmalı)

Göstərilən tələblərə cavab verən Şəxslər Mövzu hissəsində “Smeta Mühəndisi” yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı