Ofis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AzRe Reinsurance Company Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Yaş: 20-35;
  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: Sığorta təcrübəsi arzuolunandır, lakin əsas deyil;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus(orta) dillərində yazı və şifahi danışıq bacarığı;
  • Kompüter bilikləri: Microsoft Office (Word, Excel proqramları) üzrə yaxşı biliyə malik olmaq.

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
  • Konfidensiallığa riayət etmə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Daxil olan-çıxan sənədlərin qeydiyyatı və arxivləşdirilməsi.
  • Telefon zənglərinin qəbulu.
  • Ziyarətçilərin qəbulu – qonaqlarına su, çay, kofe verilməsi. Ofisdə səhər çay hazırlanması.
  • Dəftərxana mallarının, katricləri və qida məhsullarının vaxtında sifarişi, alınan malların göndərilən sifarişlə üzləşdirilməsi.
  • Poçt, kuryer və sürücü ilə məktubların/paketlərin göndərilməsi. Alanların rekvizitlərinin çap edilməsi.
  • Rəhbərinin həvalə etdiyi digər vəzifələri həyata keçirilməsi.

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır;
  • Könüllü tibbi sığorta;
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.

Əmək haqqı:  500-600 AZN (müsahibə əsnasında);

Məlumatlandırıcı qeydlər:

Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (ofis menecer) tam yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı