Qısa məzmun
Türk dünyası Atatürk liseyi Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
- Monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;
- Monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
- Monitorinqin aparılması üçün müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
- Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
- Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək.
Vəzifəyə olan tələblər:
- Monitorinq və qiymətləndirmə sahəsində 2 il iş təcrübəsi;
- Yüksək səviyyədə MS Office (üstünlüdür: SWOT, 1C və SPSS);
- Konfliktləri idarə etmək bacarığı;
- Komandada işləmək qabiliyyət;
- Problemi həll etmə bacarığı;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq.
Vəzifə haqqında məlumat:
- İş günləri: 1-6 günlər, bazar günü istirahət;
- Əmək haqqı: 700-800
Maraqlanan və uyğun namizədlərin CV-lərini tdbakuataturk@turan.org ünvanına mövzu hissəsində “Monitorinq və qiymətləndirmə üzrə mütəxəssis” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...