İş axtarmaq olduqca stressli bir proses olsa da, bəzən işlər çox yaxşı gedə bilər və siz eyni anda birdən çox iş təklifi ala bilərsiz. Belə, bir vəziyyətdə qərar vermək çox çətindir, ancaq ən yaxşı seçim etmək əlinizdədir.
Eyni anda, birdən çox iş təklifi almaq ilk növbədə həyəcanlı olsa da, bir müddətdən sonra bu duyğu qərarsızlığa çevrilir. Ekspertlər bir çox iş təklifi almağın yaratdığı stressin öhtəsindən gəlmək üçün təhlil edib müqayisə aparmağınızı məsləhət görür.
Təkliflərin müsbət və mənfi tərəflərini müəyyənləşdirin
İş təklifi aldığınız şirkətləri ətraflı araşdırıb, yaxşı və pis cəhətlərinin siyahısını yarada bilərsiz. Yaxşı və pis cəhətlərin ağırlığına görə, gözləntilərinizə cavab verən şirkətləri müəyyən etməyə başlaya bilərsiniz. Bu ilk təhlil ümumi təsvirin ortaya çıxması üçün çox vacibdir. Buna görə, bu addımda verdiyiniz cavablarda diqqətli olmalısınız.
Prioritetlərinizdə dəqiq olun
Yeni bir şirkət və işlə bağlı gözləntilərinizdən əmin olun (əmək haqqı, vəzifə, iş şərtləri, karyera fürsəti və ya sosial hüquqlar). Seçdiyiniz şirkətdə uzun illər işləmək üçün bunlardan xəbərdar olmağınızın çox faydası var. Gözləntilərinizdən xəbərdar olun və seçiminizi ona uyğun edin.
Üstünlüklər barədə qərar verməyin bir yolu da var – keçmiş iş yerinizdə sizi təmin etməyən şeylər barədə düşünün. Bügünə qədər, iş həyatınızda sizi narahat edən şeyləri düşünün və heç vaxt rast gəlmək istəməyəcəyiniz məsələləri müəyyən edin.
Prioritetləri qiymətləndirin
İstəklərinizi aydınlaşdırdıqdan sonra, onları vacibliyinə görə sıralamağı unutmayın. Bu sıralama, özünüzü qiymətləndirməyə və düşüncələrinizi açıq şəkildə görməyə imkan verir. Bu vəziyyətdə, daha əvvəl üzərində dayanmadığınız şeylərin sizin üçün necə əhəmiyyətli olduğunu görə bilərsiniz.
Gələcəyinizi düşünün və son qərarı verin
Aldığınız iş təkliflərini seçməzdən əvvəl, günün tələbi ilə yanaşı gələcək barədə də düşünməyiniz vacibdir. Hansı iş təklifi sizi gələcəkdə olmaq istədiyiniz yerə aparır? Qərar verməzdən əvvəl, bu məsələni düşünməkdə fayda var.
Nəhayət, təkliflərdən birini qəbul edərkən, növbəti 1, 2 və 5 ilinizin necə olacağını düşünə bilərsiniz. Hansı təklif sizi xəyallarınıza yaxınlaşdırırsa, məhz o iş sizə uyğundur.