Qısa məzmun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Həkim-ekspert (region filialları) vəzifəsi üzrə vakansiya elan edir.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
- Lənkəran
- Şəki
- Quba
- Şirvan
- Mingəçevir
- Göyçay
- Ağcabədi
- Şəmkir
- Cəlilabad
Görəcəyiniz işlər:
- Regionlarda yerləşən tibb təchizatçılarında tibbi ekspertizanın həyata keçirilməsi;
- Tibbi-iqtisadi ekspertizanın aparılması zamanı yaranan mübahisəli məsələlərin araşdırılması məqsədi ilə vətəndaşlar və yaxud tibb heyəti ilə görüşlərin keçirilməsi;
- Tibb təchizatçısı ilə vətəndaş arasında yaranmış tibbi xidmətin təşkili ilə əlaqəli mübahisəli məsələlərin araşdırılmasının, təhlilinin və aradan qaldırılmasının təmin edilməsi;
- Tibbi və texniki ekspertizanın aparılması nəticəsində aktların tərtib olunması;
- Departamentə daxil olan xidməti fəaliyyəti ilə əlaqədar məktubların cavablandırılması;
- Rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
- Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
- Agentliyin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
Bizim üçün uyğun namizəd:
- Ali tibbi sahə üzrə təhsil;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus dili biliyi üstünlükdür);
- MC Office (Word, Excel) proqramlarında işləmək bacarığı;
- 3 -5 il ümumi əmək stajı;
- İntizamlılıq və nəticəyönümlülük;
- Ünsiyyət və təşkilatçılıq bacarığı;
- Stressə qarşı davamlılıq;
- Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliyin olması üstünlükdür.
Əlavə məlumatlar:
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 10.06.2022-ci il;
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı və bölgə filialını “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Tibb bacısı
Hajigabul Poultry Farm Company Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...