Qısa məzmun
Daşkəsən Dəmir Filiz MMC şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Layihə planlama işlərinin həyata keçirilməsi;
- Layihələrin büdcə və vaxt qrafiklərinin icra olunmasına nəzarət edilməsi
- Layihə üzrə nəzərdə tutulan işlərin iş planının hazırlanması;
- Layihələrin gedişi haqqında rəhbərliyə hesabatların hazırlanması və təqdim edilməsi;
- Layihə üzvləri arasında işlərin plana uyğun icrasına nəzarət və koordinasiyasının həyata keçirilməsi
- Mütəmadi olaraq layihə üzrə statusların Primavera P6/Microsoft Project proqram təminatında yenilənməsi;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və icra qrafikinə təsirlərin hesablanması;
- Layihənin icrasına dair səmərəliliyinin artırılması üçün təkliflərinin hazırlanması.
- Cəmiyyətin fəaliyyətin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Konsolidə edilmiş menecment və digər hesabatlarının hazırlanmasında iştirak etmək;
- Nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun olan digər göstəriş və tapşırıqlarını vaxtında və tam icra etmək.
Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə və ya mühəndislik ixtisasları üzrə ali təhsil;
- Peşəkar təhsil sertifikatlarının olması;
- Planlama Mühəndisi olaraq ən az 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və İngilis dilləri (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: MS Office, Primavera P6, Microsoft Project
Digər məlumatlar:
İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Planlama üzrə mütəxəssis” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Ayan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...
Facility Management Group İnşaat işləri üzrə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir ...