Qısa məzmun
Pasha Bank şirkəti Kiçik Agile Kouç vəzifəsi üzrə vakansiya elan edir. Güclü ünsiyyət və öyrətmə bacarıqları olmalıdır.
İşiniz nədən ibarətdir?
- Komanda daxilində şəffaf və uyğunlaşan komanda mədəniyyətinin aşılanması;
- Məhsul sahibləri və komanda arasında əməkdaşlığın qurulmasına dəstək göstərilməsi;
- Komandanın inkişafı istiqamətində maneələrin aradan qaldırılması;
- “Scrum” üzrə proseslərin, qərar qəbul edilməsinin planlaşdırılması;
- Komanda performansına nəzarət və inkişafına tam dəstək;
- Komandanın iş yükünün planlaşdırılması və idarəedilməsi üçün “agile” metodologiyadan istifadə;
- Planlaşdırma və idarəçilik kimi proseslərdə məhsul sahibinə tam dəstəyin göstərilməsi;
- Korporativ mədəniyyətə uyğunlaşma üzrə və ya logistik problemlər kimi maneələrin aradan qaldırılmasına dəstək;
- Bütün komanda üzvləri arasında və komanda xaricində ünsiyyət və əməkdaşlığın gücləndirilməsi;
- Komanda və təşkilatın bütün səviyyələrində ‘agile’ prinsip və təcrübəsinin tətbiqi;
- Komanda daxilində özünüinkişaf və komandanın böyüməsinin təmin edilməsi;
- Müzakirələr, məşqçilik və digər müvafiq təlimlər vasitəsilə komandaya ‘agile’ yanaşmasının tətbiqi;
- Komanda üzvlərinin effektiv işləməsi üçün tədbirlərin keçirilməsinin asanlaşdırılması, planlaşdırılması və retrospektiv yanaşmanın tətbiqi.
Sizdən nə tələb olunur?
- Təcrübə: ‘Agile’ idarəetmə, ‘agile’ inkişaf, ‘scrum master’ və ya ya müvafiq sahədə 3 il
- Xarici dil: Orta səviyyədə ingilis dili
- Biliklər: ‘Agile’ metodologiyasının biznesə tətbiqi üzrə biliklər
- Digər: Güclü ünsiyyət və öyrətmə bacarıqları
- Komandada stresli və mübahisəli halların öncədən təxmin edilməsi və idarəsi
- ‘Mentor’, təlimçi və ya ‘coach’ bacarıqları
Üstünlük verilir: Məhsul sahibi və ya layihələrin idarəedilməsi sahəsində təcrübə
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda ‘Kiçik Agile Kouç” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...