Qısa məzmun
W&E Forward International Transport Servis bölümünün Müştəri xidmətləri üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Daxil olan Müştəri müraciətinin qəbul edilib qeydiyyatının aparılması və müvafiq proqrama daxil edilməsi;
- Daxil olan müştəri müraciətlərinə əsasən kommersiya təkliflərinin hazırlanmsı;
- Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
- Şirkətin xidməti haqqında müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilələrin bağlanılması;
- Müştəri bazasının yığılması;
- Ödənişlərə nəzarətin edilməsi;
- Müvafiq qurum və idarələr ilə yazışmaların, əlaqənin qurulması;
- Günlük, həftəlik və aylıq aparılan əməliyyatlar barədə rəhbərliyə hesabatın verilməsi.
Namizəd üçün tələblər:
- Ali və ya orta-ixtisas təhsili;
- 1 il iş təcrübəsi (müştəri xidmətləri üzrə);
- Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı;
- Müştəri ilə işləmək bacarığı;
- Analitik təhlil etmə,problem həll etmə və ünsiyyət bacarığı;
- MS Ofis proqramlarından istifadə bacarığı (xüsusilə excel);
- Məsuliyyətli, detallara qarşı diqqətli və operativ olmalı.
Əmək Şəraiti:
- AR-nın ƏM – nə uyğun sənədləşmə;
- İş Rejimi: Həftənin 6 günü;
- İş saatı: Həftənin 5(beş) günü 10:00-dan 19:00-dək; şənbə günü 10:00-dan 15:00-dək; nahar fasiləsi 13:00-dan 14:00-dək.
- Ünvan: Sumqayıt şəhəri,Sumqayıt şossesi.
Əmək haqqı: razılaşma yolu ilə.
Son müraciət tarixi: 09.07.2022
Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər CV formalarını mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə hr@we-forward.com elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məlumat bazası üzrə mütəxəssis
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...