Qısa məzmun
Veysəloğlu Yaycılı Qardaşlar Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Nahar və servis şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daim təkmilləşdirilməsi;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Müqavilələrin hüquqi tərəfdən yoxlanması;
- Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək;
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Qida təhlükəsizliyi sahəsində yüksək nəzəri və praktik biliklərə malik olmalı:
- Dövlət orqanları ilə iş və məhkəmə işlərinin aparılması qaydalarını bilməli;
- AR-nın qanunlarını, mülki, mülki prosessual, inzibati , inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Səlis Azərbaycan dili biliyi.
- MS Office proqramından sərbəst istifadə etmək bacarığı;
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00 (5 günlük)
- Nahar və servis şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: Bilik və bacarıq əsasında təyin olunur
- İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Hüquqşünas” qeyd edərək e-ünvanına göndərə bilərlər.