Qısa məzmun
Homme Satış Onlayn Operator vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dili arzuolunandır.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışları artırmaq, onlayn satış üzrə sifarişləri vaxtlı-vaxtında qəbul etmək və hazırlamaqdır.
Vəzifə öhdəlikləri:
- Sifarişləri e-ticarət bazasında qeydə almaq, çatdırılma və digər əlaqədar məlumatları dəqiqləşdirir
- Müştərilərin əlavə tələbatlarını müəyyən edir
- Sistemdəki sifarişləri icra edir və müvafiq olaraq gündəlik hesabat hazırlayır
- Saytdan sifarişləri qəbul etmək və onların yığılması, qablaşdırılması və sürücülərə/kuryerlərə ötürülməsi prosesini təşkil edir
- Paket kuryer tərəfindən müştərilərə çatdırılanadək onların sifarişlərinin icrasına nəzarət edir
- Qaytarılan malı və onun qəbzini həmin malın alındığı vəziyyətdə müvafiq şöbəyə təhvil verir
- Şöbələrdən qüsurlu mallar haqqında məlumat toplayır və onların onlayn mağazadan çıxarılmasını təmin edir
- Kuryerlərdən ödənişləri toplayır və onları gün sonunadək baş kassirə təhvil verir
- Şirkət tərəfindən hazırlanmış aylıq satış planını icra edir
- Şöbə daxilində işləyərkən şirkətin peşəkar satış üsullarını öyrənir və onlardan səmərəli istifadə edir
- Satış prosesində şirkətin standartlarına və təlimatlarına uyğun xidmət göstərir
- İş prosesində şirkətin peşəkar satış texnikalarından səmərəli istifadə edir
- Müştəriyə əlavə mal satmağın nə demək olduğunu, “dəst” satış anlayışını tətbiq edir və həyata keçirir
- İş qrafikinə və şirkətin nizam-intizam qaydalarına riayət edir
Əsas tələblər:
Təhsil:
- Bakalavr diplomu olanlara üstünlük verilir
Təcrübə:
- Pərakəndə satış sahəsində minimum 1 il təcrübə
Professional biliklər:
- Mağazalarda olan brend və məhsullar haqqında məlumatlılıq
- Səlis rus dili; ingilis dili arzuolunandır
- MS Office proqramları
Professional bacarıq və kompetensiyalar:
- Danışıq bacarıqları
- Problem həlletmə bacarıqları
- Təşkilati bacarıqlar
- Nəticə yönümlülük
- Vaxtın idarə edilməsi
- Stresə dözümlülük
- Aktiv dinləmə
- Adaptasiya
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Onlayn Operator” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...