Əmək funksiyaları:
Ofisiant aşağıdakı öhdəliklərə görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Qida və İaşə üzrə Xidmətlər Menecerinə məruzə edir:
- Qonaqlarımıza mehriban, səmimi və cəzbedici xidmət təqdim etmək.
- Qonağın tələblərini yüksək səviyyədə qarşılamaq üçün qonağın sifarişi zamanı ona səmərəli məsləhətlər vermək.
- Hər bir Qonağa fərdi şəkildə münasibət göstərmək.
- Fairmont Xidməti Nizamnaməsinə ciddi şəkildə riayət etmək.
- Qonaqları adi ilə tanımaq, hər bir Qonağa məxsusi şəkildə davranmaq və onun individual bir şəxs olmasını ona hiss etdirmək.
- Stollara hər zaman müvafiq qaydada xidmət göstərilməsini təmin etmək.
- Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
- İlkin və sonrakı təlimlərdə fəal iştirak etməklə öz sahəsində biliyini və xidmət texnikasını artırmaq.
- İclaslarda və növbə təhvili zamanı danışıqlarda fəal iştirak etmək.
- Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.
- Təhlükəsiz bir şəkildə işləmək və sağlamlıq və təhlükəsizlik haqqındakı qaydalara əməl etmək.
- Səliqəli və mütəşəkkil bir iş mühiti yaratmaq.
- Gözlənilən xidmət nümayiş etdirmək.
- Digər mümkün vəzifələr və tapşırıqlar.
İxtisas tələbləri:
- Bu sahədə əvvəlki iş təcrübəsinə malik olmaq.
- Qida, şərab və iaşə xidmətləri sahələrinə həvəsli olmaq
- İngilis, Azərbaycan və ya Türk dillərində yazılı və şifahi şəkildə mükəmməl ünsiyyət qabiliyyətinə malik olmaq.
- Son dərəcə məsuliyyətli və etibarlı bir insan olmaq.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...