Qısa məzmun
ScanEx Enterprises Limited Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə və öhdəliklər:
- İllik marketinq planını hazırlamaq və ona uyğun işlərini qurmaq;
- Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
- Yeni müştərilər cəlb etmək, müştəri bazasını genişləndirmək;
- Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərini hazırlamaq və təqdimatını aparmaq;
- Göstərilən xidmətlərin irəli getməsini təhlil etmək;
- Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparmaq;
- Göstərilən xidmətlərə dair PR və reklam mətni hazırlamaq;
- Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll etmək.
Tələblər:
- Ali təhsil;
- Nəqliyyat və logistika sektorunda marketinq üzrə ən azı 2-3 illik iş təcrübəsi;
- Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
- SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq;
- Azərbaycan və rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
- MS Office Power Point yüksək (Word, Excel – orta) səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
- Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
- Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
İş şəraiti:
- Əmək haqqı: bazar rəqabətlidir və müsahibə əsasında təyin olunacaq;
- İş qrafiki: bazar ertəsi – cümə;
- İş saatı: 09:00-dan 18:00-dək;
- Ünvan: Xocalı pr.37, Dəmirçi Plaza.
CV-lər e-mail adresinə, mövzu yerinə vakansiyanın adı qeyd olunmaqla göndərilsin.
CV-lərin son qəbul tarixi: 20.07.2022.
Oxşar vakansiya siyahısı:
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq Departamentinin Direktoru
Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketinq meneceri
AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...