Qısa məzmun
Ceylan MMC Sürücü vəzifəsi üzrə vakansiya elan edir. BC kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
Vəzifə və öhdəlikləri:
- Şöbənin təqdim etdiyi sifarişə əsasən, məhsulun anbardan idarə etdiyi avtonəqliyyat vasitəsinə yığılmasına nəzarət etmək (Qaimələrə əsasən malın yoxlanılması)
- Daha sonra sifarişləri ona ayrılmış zona üzrə satış nöqtələrinə çatdırılması
- Namizəd Hyundai HD-65, H-100, Ford Transit, İsuzu NPR 66 tipli nəqliyyat vasitələrini idarə edə bilməli
- Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək;
- Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
- Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
İş qrafiki:
- İş saatı: 09:00 – 18:00;
- 2-6 günlər iş, Bazar və Birinci günü istirahətdir.
Namizədə qarşı tələblər:
- Ciddi
- Məsuliyyətli
- Etik davranış qaydalarına riayət edən
- BC kateqoriyalı sürücülük vəsiqəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Sürücü” şəklində göstərməyiniz xahiş olunur.
Qeyd olunan nömrələrlə yalnız 1-5 günlər saat 09:00 – 18:00 aralığında əlaqə saxlamağınız xahiş olunur.
Şirkət Bakı şəhəri, Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşir.
Oxşar vakansiya siyahısı:
Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...
AzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...