Qısa məzmun
Small Medium Enterprises şirkəti Korporativ-hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
- Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- İstənilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;
- Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;
- Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);
- Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;
- Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi
- Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması
- Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;
- Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
- İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarət edilməsi;
- Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prosesdə iştirak etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
Namizədə tələblər:
- Təhsili/ixtisası: Hüquq üzrə ali təhsil
- Cins: Qadın
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rus və ingilis dili – əla
- Kompüter bilikləri: MS Office (Excel, Word) proqramlarından sərbəst istifadə edə bilmə bacarığı
- Fərdi keyfiyyət tələbləri: Yeni bilik və bacarıqlara yiyələnməyə həvəsli və axtarış aparmaq qabiliyyətinə malik olmalı; Müvafiq sahə üzrə yüksək motivasiya ilə yanaşma; Detallara qarşı diqqətli və operativ; Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı.
İş şəraiti:
- Əmək haqqı: 500 azn (Net), əmək haqqı artandır.
- İş qrafiki : Tam iş günü (5 gün)
- Karyera yüksəlişi imkanı.
Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B.
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın “Korporativ-hüquqşünas” adını qeyd etməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.