Qısa məzmun
Landau School 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Excel funksiyaları üzrə bilikləri olmalıdır.
İş öhdəlikləri:
- Alınmış təsərrüfat mallarının və inventarların 1C proqram təminatında uçota alınması.
- Həmin malların və inventarların müəssisə daxilində mövcud olan anbarlar arasında yerdəyişməsinin həyata keçirilməsi
- Aylıq silinmiş təsərrüfat mallarının silgisinin həyata keçirilməsi.
- Malların və inventarların qalığına proqram təminatında nəzarət edilməsi.
- Dövrü olaraq malların və inventarların inventarizasiyasında anbar nümayəndəsi ilə birlikdə iştirak etmək.
- Anbar və maliyyə şöbəsi ilə birlikdə inteqrasiya olunmuş formada işləmək.
- Tələb olunan hesabatların 1C proqram təminatından çıxarılması üzrə biliklərə sahib olmaq.
Tələb olunan biliklər:
- 1C 8.3 Anbar (ticarətin idarə olunması) konfiqurasiyası üzrə iş təcrübəsi.
- Excel funksiyaları üzrə biliklər.
- İdarəetmə uçotu biliklərinə sahib olmaq. Müəssisə daxilində mövcud olan dövriyyə vəsaitlərinin (mallar, inventarlar və azqiymətli əşyaların) təsərrüfat daxilində hərəkətinin (uçota alınması, silinməsi) uçotda əks etdirilməsi üzrə ilkin biliklərə sahib olmaq.
- Riyazi hesablama bacarığı, analitik düşünmə tərzinə sahib olmaq. Qarşıya qoyulmuş məqsədlərə verilmiş zaman çərçivəsində dəqiqliklə çatmaq.
Təhsil və iş karyerası
- Maliyyə, mühasibatlıq , iqtisadiyyat və ya management üzrə təhsil
- Xarici dil bilikləri
- Minimum 2 il iş təcrübəsi
Müraciət üçün linkə daxil olun: https://qlor.me/l4y6vjqy
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...