Qısa məzmun
SAF Pharma LLC şirkəti Məhsul üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Bazar araşdırması etmək, ehtiyac və tələbləri doğru proqnozlaşdırıb təkliflər vermək;
- Məhsullar üzrə araşdırmalar etmək və təkliflər hazırlamaq;
- Yeni məhsullar üzrə təqdimatlar hazırlamaq, mövcud təqdimatlarda ehtiyac olunan dəyişikliklər etmək;
- Sahə ilə bağlı bütün marketinq fəaliyyətləri, tədbir və konfranslar həyata keçirmək;
- Təlim proqramlarına uyğun olaraq məhsullarla bağlı təlim materiallarını hazırlamaq;
- Təlim proqramlarına uyğun olaraq təlim keçmək;
- Gördüyü işlərlə bağlı mütəmadi hesabat təqdim etmək;
- Rəhbərlik və ya məsul şəxsin işlə bağlı verdiyi digər tapşırıqları icra etmək.
Tələblər:
Təhsil
- Ali (Tibb təhsili və ya Əczaçılıq üzrə)
Təcrübə
- 3 ildən çox (Məhsul meneceri kimi )
Səriştəlilik
- Ünsiyyət, Təqdimetmə
- Araşdırma-öyrənmə, Proqnozvermə
- Data analizetmə
- Çeviklik, Təşəbbüskarlıq, Problem həlletmə
- Məsuliyyətlilik, Nəticəyönümlülük
- Hesabatvermə
- Dərman sektoru, satış və marketinq üzrə biliklər
- Riyazi-analitik qabiliyyət
- MS Office proqram bilikləri – MS Excel, MS Word, MS Outlook, MS PowePoint (orta səviyyədə)
Dil
- Azərbaycan dili (ədəbi dil)
- Rus dili (danışıq səviyyədə), İngilis dili (araşdırma edə biləcək səviyyədə).
- Əmək haqqı: Müsahibə əsasında, əmək bazarı qiymətlərinə uyğun olaraq təyin olunur.
Mövzu (tema/subject) yerində PM yazmaqla CV göndərilməlidir.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
Audiometrist (Otomed)Kontakt Home Kontakt Home/Audiometrist (Otomed) vəzifəsi üzrə vakansiya elan edir. ...
Regionlar üzrə Tibbi Nümayəndə
Azerimed Regionlar üzrə Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Audiometrist (Otomed)Kontakt Home Kontakt Home/Audiometrist (Otomed) vəzifəsi üzrə vakansiya elan edir. ...