SƏTƏM və Əməliyyatlar üzrə təlim aparıcısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerbaijan Supermarket LLC SƏTƏM və Əməliyyatlar üzrə təlim aparıcısı vəzifəsi üzrə vakansiya elan edir.

Departament: İnsan Resursları və İnzibati işlər | İstedad və bacarıqların inkişafı.

Vəzifə öhdəlikləri:

  • Mağaza vəzifələrinə aid təlim ehtiyaclarının müəyyənləşdirilməsində iştirak etmək;
  • Mağaza işçiləri üçün təlim materiallarının yaradılması məqsədi ilə mağaza rəhbərliyinin bütün səviyyələri və əlaqədar şöbələrin mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək;
  • Təlim sessiyalarını keçirmək, lazım olduğu təqdirdə keyfiyyətin yoxlanılması üçün mağaza və ərazi ziyarətləri etmək;
  • Keçirilən təlim sessiyalarının effektivliyini yoxlamaq üçün nəzərdə tutulmuş vasitələri tətbiq etmək;
  • Paylanma materialları, təlimat materialları və dərslikləri hazırlamaq, daim yeniləmək və nəzarət etmək;
  • Təlim davamiyyətini təmin etmək və qeydiyyatı aparmaq;
  • SƏTƏM şöbəsi ilə razılaşdırılaraq təlim materiallarını hazırlamaq və işçilərə ilkin SƏTƏM təliminin keçirilməsini təmin etmək;
  • İşçilərə SƏTƏM üzrə vəzifə təlimatlarının izahı məqsədilə müvafiq növbədənkənar təlimlərin keçirilməsini təmin etmək;
  • Bütün SƏTƏM təlimlərinin qanunvericiliyə uyğun formada sənədləşdirmək və saxlamaq;
  • SƏTƏM üzrə təlimlərin məlumatı bazasını hər təlimdən dərhal sonra yeniləmək və sənədlərin daim əlçatan olmasını təmin etmək;
  • SƏTƏM təlim materiallarının hazırlanması və SƏTƏM şöbəsi ilə razılaşdırılması;
  • İllik SƏTƏM təlim planını hazırlamaq və SƏTƏM şöbəsi ilə razılaşdırmaq;
  • SƏTƏM təlimləri ilə bağlı yaranmış hər hansı problem və ya təkliflər barədə SƏTƏM şöbəsinə məlumat vermək;
  • Təlim prosesləri zamanı Şirkət Siyasətlərinə və Standart Əməliyyat Prosedurlarına riayət olunmasını və hər zaman əməl olunmasını təmin etmək.

Namizədə dair tələblər:

  • Bakalavr dərəcəsi;
  • Mükəmməl Azərbaycan dili. İngilis və Rus dilləri üzrə biliklər üstünlükdür;
  • Auditoriya qarşısında çıxış etmək bacarığl;
  • Təlim keçirilməsində özünə güvənmək;
  • Mükəmməl təqdimat bacarığı;
  • SƏTƏM təlimlərinin keçirilməsi üzrə təcrübə;
  • MS Ofis proqramları biliyi: Outlook, Power Point, Word;
  • Təlim materialları hazırlamaq üçün araşdırma aparmaq və tələb olunan məlumatı toplamaq bacarığı;
  • Kreativlik və təşəbbüskarlıq;
  • Zamanın idarəedilməsi bacarığı;

Mağaza prosesləri haqqında ilkin anlayışa sahib olmaq.

Maraqlanan namizədlər email ünvanına “SƏTƏM və Əməliyyatlar üzrə təlim aparıcısı” başlığı ilə müraciət edə bilər.

Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı