Qısa məzmun
Avromed Company QSC Anbar müdiri (Şəki) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Anbarların daxili və xarici təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlərin alınmasını təmin etmək
- Anbarlarda gərçəkləşən günlük giriş-çıxış hərəkətlərinin fasiləsizliyini təmin etmək
- Anbarlar üçün lazım olan inşaat və təmir işlərinin təqibini etmək, lazımi hallarda rəhbərə müraciət etmək
- Anbarda müvafiq texnologiyaya əsasən, təhlükəsizlik texnikasının tələblərinə uyğun aparılacaq proseslərin mütəmadi qaydada həyata keçirilməsinə rəhbərlik etmək;
- Anbar sahəsində olan xüsusi texnika və tərtibatların düzgün istismar edilməsi prosesinə rəhbərlik etmək;
- Anbar stoklarına tam hakim olmaq, requlyar sayimlarin təşkili
- Məhsul bağlamaları üzərində göstərilən standart xüsusiyyətlərinə uyğun olaraq anbarlarda yerləşimini təmin etmək
- Rəflərdə mal düzülüşünü FEFO qaydasına uyğun aparmaq
- Çıxışlarda təsdiqlənmiş müştəri tələbinə görə FEFO/LEFO qaydasına riayət etmək
- Anbarın işçilərinin fəaliyyətlərini istiqamətləndirmək və əlaqələndirmək;
- Anbar işçilərinin attestasiyasını təşkil etmək, mütəmadi olaraq treyninqlər keçirtmək;
- İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək istehsalat intizamını pozanların cəzalandırılması haqqında hesabat vermək.
- Yeni gələn işçilərə vəzifə təlimatlandırmasının edilməsi, təhlükəsizlik qaydalarını haqda məlumat verilməsi.
- Anbar idarəetmə təlimatlarına uyğun olaraq vaxtaşırı iclas keçirmək və işçiləri təlimatlandırmaq.
- Boşalan və yüklənən məhsulların sağlam və satışa uyğun olmasını kontrol edilməsi, əksiklikləri rəhbərinə məlumat vermək
- Anbarda proseslerin surətlənməsi üçün lazımi tədbirləri almaq
- Şirkət tərəfindən təsdiqlənmişsənədlərə uygun təlimatların və əmrlərin verilməsini teqib etmək
- Calışmaqda olduğu bütün anbarların təmizliyi, təhlükəsizliyi və düzənindən məsuldur
- Anbarlarda məhsullara zərər verə biləcək həşərat və s. kimi zərərli faktorların yaranmaması üçün lazımi tədbirlər almaq
- Gün sonunda anbar qapılarını möhürləyərək növbətçiyə təslim edilməsi və növbəti gün möhürləri kontrol edərək növbətçidən təslim alınmasını təşkil etmək.
Tələblər:
- Ali təhsilli olmalı;
- Anbar sahəsində ən azı 3 il iş təcrübəsi olmalı;
- Analitik düşünmə bacarığına sahib olmalı;
- Komanda ilə işləmə və rəhbərlik etmə bacarığı
- Azərbaycan dili – mükəmməl; Rus dili – orta;
- Kompyuter bacarıqları: MS Office, 1C programı.
Maraqlananlar CV-lərini elektron ünvanına 31.07.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Anbar müdiri (Şəki)” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...