Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu MMC Satış Təlimləri üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək.
İşin xülasəsi:
Satış Təlimləri üzrə Menecerin rolu Biznesin tələblərinə uyğun olaraq satış komandasının təlim və inkişaf strategiyasını təyin etmək və həyata keçirməkdir.
Vəzifə funksiyaları:
- Biznes tələbləri və ehtiyaclarına cavab verən təlim və inkişaf proqramını hazırlamaq və idarə etmək;
- Satış komandası üçün tələb olunan səriştəlikləri müəyyən etmək, qiymətləndirmək, inkişaf planını hazırlamaq;
- Təlim və inkişaf strategiyasını və kurikulum planını hazırlamaq;
- Təlim proqramlarının səmərliyi və effektivliyini qiymətləndirilmək;
- Satış əməkdaşlarına yeni məhsullar üzrə təlim və tanıtımları həyata keçirmək;
- Satış rəhbərliyinə tələb olunduqda mentorluq etmək;
- Təşkil olunmuş təlimlərə dair hesabatların hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Təlimlərin elektron platformasını hazırlamaq və daim yeniləmək;
- Təlim və öyrənmə mühitininin yaradılmasını təbliğ edəcək proqram və fəaliyyətləri planlamaq, həyata keçirmək;
- Gündəlik satış əməliyyatlarının içərisində aktiv olaraq rol almaq, prosesləri monitorinq etmək, qiymətləndirmək, ehtiyacları müəyyən edərək müvafiq tədbirlər görmək;
- İnsan Resurlarının işə qəbul və təlim və inkişaf komandası ilə sıx əməkdaşlıq etmək, tələb olunduqda seçim prosesində iştirak etmək;
- Yeni satış əməkdaşlarının sürətli adaptasiyası üçün tələb olunan ilkin satş təlimlərini həyata keçirmək.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Təlim sahəsində ən azı 2-3 il iş təcrübəsi (FMCG, retail sahəsi arzuolandır);
- Güclü təqdimat, təlim bacarıqları;
- Səlis Azərbaycan və İngilis dil biliyi;
- MS ofis proqramları (Word, Excel, Power Point) üzrə biliklər;
- Komandanın idarə olunması sahəsində təcrübə;
- Mükəmməl ünsiyyət bacarığı;
- Ölkədaxili ezamiyyələrə getmə imkanı.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə
Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Satış Təlimləri üzrə Menecer” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...