Qısa məzmun
Azərbaycan beynəlxalq Bank İnformasiya Təhlükəsizliyinə Nəzarət mərkəzinin analitiki vəzifəsi üzrə vakansiya elan edir.
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Peşəkar kollektivdə çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat;
Görəcəyiniz işlər:
- İnformasiya təhlükəsizliyi insidentlərinin monitorinqi;
- İnformasiya təhlükəsizliyi səviyyəsinin ölçülməsi üçün tədbirlərin icra olunması;
- İnsidentlərin araşdırılması;
- İnformasiya təhlükəsizliyi sahəsində baş verən yeniliklərin izlənilməsi və bank mühiti üçün risklərin qiymətləndirilməsi;
- İnsidentlərin düzgün qeydiyyatı və hesabatların rəhbərliyə təqdim olunması.
Bizim üçün ideal namizəd:
- İnduktiv və analitik təhlil, təqdimat, vaxtın idarə olunması, komanda işi və problemləri həll etmə bacarıqlarına;
- Ali təhsilə (Kompüter elmləri, İnformasiya sistemləri ixtisaslı namizədlərə üstünlük veriləcək);
- Müvafiq sahədə iş təcrübəsinə;
- Məlumatların qorunması üsulları və vasitələri ilə bağlı biliklərə (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.);
- Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dili biliklərinə;
- Məxfilik, diqqətli yanaşma, təhlil etmə qabiliyyətinə;
- CEH, CCNP SEC, Comptia Security+, Comptia CySa+ və İnformasiya təhlükəsizliyi sahəsində digər sertifikatlara (üstünlükdür);
- WAF sistemləri ilə işləmə təcrübəsinə;
- SIEM sistemləri üzrə analitik səviyyəsində iş təcrübəsinə;
- NGFW ilə işləmə təcrübəsi, Rule və Security policy-lərlə işləmə bacarığına;
- Windows və ya Linux sistem-ləri ilə administrator səviyyəsində iş təcrübəsinə (üstünlükdür);
- Növbəli iş rejimində işləmə imkanına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.
Müraciət üçün linkə daxil olun: https://careers.abb-bank.az/
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...