Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Quba Palace Hotel Mətbəx şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Otelin mətbəx bölümlərinin baş aşpazların işinə nəzarət edir;
- Minimum xərclərlə yüksək keyfiyyətli yeməklərin hazırlanması üçün porsiyaların, qramajların hesablay;r və planlaşdırır;
- Satınalma bölməsinə vaxtında və dəqiq sifarişlərin edilməsini yoxlayır;
- Alınan malların keyfiyyətini yoxlayır;
- Anbarda saxlanan malları periodik nəzərdən keçirir;
- Mətbəx şöbəsinin aylıq büdcəsini tərtib edir, menyuları periodik yeniləyir;
- Satılmayan mallaların günlük hesabatını hazırlayır;
- Mütəmadi olaraq yeniliklər öyrənir və mətbəx işini dahada inkişaf etdirmək üçün yeniliklər tədbiq edir;
- Yeməklərin dizaynına və keyfiyyət standartlarını uyğun hazırlanmasına nəzarət edir, mətbəx işçilərinə başa salır və onlara standartlara uyğun işin aparılmasına nəzarət edir;
- Hazırlanmış yarımfabrikatların tələb olunan şəraitdə (dərəcə baxımından) və müddətdə saxlanmasını periodik olaraq yoxlayır;
- Oteldə hazırlanan acıq bufetlərin və veriləcək yeməklərin yerləşməsini və dizaynını planlaşdırır və təşkil edir;
- Mətbəxin gigiyenik cəhətdən təmiz olmasına nəzarət edir və bu məsələ ilə bağlı Qida təhlükəsizliyi şöbəsinin əməkdaşları ilə əlaqəli işlərin aparılmasına nəzarət edir;
- Mətbəx işçilərini daim təlimatlandırır və onların işinə nəzarəti təmin edir;
- İşlərini motivasiya edir və onların produktivliyini artırır;
- Prosedurlara əsasən Mətbəx bölmələrin işinin gigiyena və keyfiyyət qaydalarını hər zaman uyğun qurur.
- Qida keyfiyyətinə uyğun prosedurların və təlimatları hazırlayır və işçiləri təlimatlandırır.
Namizədə tələblər:
- Ən azı 5 il bu sahədə iş təcrübəsinə malik olmalıdır.
- Məsuliyyətli, diqqətli və səliqəli olmalıdır
- Kişi namizədlər
- Komputer bilikləri olmalıdır.
- Milli və avropa mətbəxlərini mükəmməl bilməlidir
- Gida keyfiyyətini mükəmməl bilməlidir
- Gigiyena və keyfiyyət standartlarını bilməlidir
Nəqliyyat və yataqxana ilə təmin olunma;
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.
Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.