Reception
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Elisa Uşaq SPA Mərkəzi reception vəzifəsi üzrə vakansiya elan edir.

“Elisa” Uşaq SPA Mərkəzi “reception” vəzifəsi üzrə vakansiya elan edir.

Mərkəz haqqında məlumat:

“Elisa” Uşaq SPA Mərkəzi iyunun 1-dən Bakıda fəaliyyətə başlayıb. Mərkəzdə peşəkar mütəxəssislər azyaşlı uşaqlar üçün hidroterapiya, masaj və gimnastika üzrə prosedurları icra edirlər. Mərkəzin məqsədi körpələrin gigiyenik və rahat şəraitdə sağlam inkişafına dəstək olmaq və onların əyləncəli vaxt keçirməsini təmin etməkdir. Beynəlxalq keyfiyyət standartları və bu sahədə qabaqcıl təcrübələrə diqqət yetirərək valideyn və uşaqların məmnuniyyəti üçün çalışmaq əsas hədəfimizdir.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi
  • Yaş həddi: 23-35
  • Cins: Qadın
  • Təhsil: Orta ixtisas və ya ali təhsil
  • Azərbaycan dili əla. Rus dili bilənlərə üstünlük veriləcək.
  • Microsoft Office proqramlarını bilməlidir.
  • Effektiv ünsiyyət bacarığı
  • Gülərüzlü, səmimi, səbrli, məsuliyyətli və dinamik
  • Operativlik, dəqiqlik və problemləri həll etmək qabiliyyəti
  • Təmiz və səliqəli xarici görünüş

Vəzifə öhdəlikləri:

  • Müştərilərin müraciətləri ilə bağlı qeydiyyat işinin aparılması;
  • Mərkəzə gələn müştərilərin qarşılanması;
  • Mərkəzə daxil olan zənglərə cavab verilməsi;
  • Mərkəzlə bağlı danışıq və ya yazışmaların aparılması;
  • Ofisdaxili əməliyyat və prosedurların nəzarətinin həyata keçirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftəiçi 6 gün
  • Əmək haqqı: 400 AZN
  • Rəsmi müqavilə: Əmək müqaviləsinə əsasən sənədləşmə
  • “Elisa” Uşaq SPA Mərkəzinin ünvanı:

Xətai rayonu, Ağ Şəhər, Mərkəzi Bulvar küçəsi, ev 5

Vakansiyaya müraciət üçün CV formanızı elisa.babyspa@gmail.com elektron poçt ünvanına mövzu hissəsində “Reception” qeyd edərək 04.08.2022 tarixinə qədər göndərməyiniz xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

Oxşar vakansiya siyahısı:

700 — 800 ₼
İradların həlli üzrə inzibatçı

Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

16.01.2025 - Bakı

1000₼
Ofis meneceri

C and S Group LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

C and S Group LLC

23.12.2024 - Bakı