Qısa məzmun
Ə/h 800 AZN. Unimac İnsan Resusrsları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali iqtisadi təhsil;
- Tələb olunan sahə üzrə 1-3 il iş təcrübəsinin olması;
- AR Əmək Məcəlləsini bilmək;
- Kollektivdə işləmək bacarığı;
- Problemi həll etmək və təşkilatçılıq bacarığı;
- Təmkinlilik, etibarlılıq, özünəinam;
- Müəssisəyə tez uyğunlaşma;
- Səliqəlilik, operativlik və çalışqanlıq.
- İnsan resursları sahəsində müvafiq iş təcrübəsi olanlara, rus və ingilis dilini bilən qadın namizədlərə üstünlük veriləcək
İş barədə məlumat:
- İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
- İşçinin işə qəbulu, işdən çıxarılması, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- Əmək məzuniyyətinin növbəlilik cədvəlinin tərtibi və icrası ilə bağlı tələblərə əməl olunması;
- E-Gov və ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
- Yeni vakansiyalar üzrə işçi axtarışının (elan yerləşdirilməsi, daxil olan CV-lərin analizi əsasında müsahibə mərhələsi üçün tələblərə uyğun gələn namizədlərin siyahısının hazırlanması və sair) təmin olunması;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi;
- Başlanğıc əmək haqqı 800 AZN;
- Əmək haqqının işçinin perfomansına uyğun olaraq artırılması nəzərdə tutulur;
- Sınaq müddəti 1 aydır.
İş qrafiki:
- VI günlük iş qrafiki .VI gün yarım gün.
CV-ləri mövzü yerində İnsan Resursları üzrə mütəxəssis yazmaqla elektron poçtuna göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...