Qısa məzmun
“KANATİS” MMC İR assistent vəzifəsi üzrə vakansiya elan edir. Korporativ nömrə ilə təmin olunur.
Öhdəliklər:
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək muqavilələrinin, vəzifə təlimatlarının hazırlanması;
- İşə qəbul, xitam, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
- Əməkdaşların iş vaxtının uçotuna nəzarət etmək və tabellərin hazırlanmasının təmin edilməsi;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- Əcnəbi vətəndaşların miqrasiya sənədlərinin hazırlanması.
Tələblər:
- Azərbaycan Respublikasının qanunvericiliyini bilməli;
- Ali təhsil (İdarəetmə, psixologiya üzrə);
- Azərbaycan və ingilis dili üzrə biliklər (rus dili arzuolunandır);
- MS Office proqramlarını yaxşı səviyyədə bilməli.
Əlavə Məlumat:
- Nahar ilə təmin olunur;
- Korporativ nömrə ilə təmin olunur;
- 5 günlük iş rejimi.
Maraqlanan və uyğun namizədlərin CV-lərini mövzu hissəsində “İR assistent” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...