Texnik direktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Tufandag Mountain Resort Texnik direktor vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

  • Kanat xətlərinin  və atraksionların düzgün, fasiləsiz işləməsinə və istehsalçının və qanunvericiliyin tələbinə uyğun olaraq yoxlama və təmir işlərinin həyata keçirilməsinə nəzarət etmək;
  • Kanat xətlərində və atraksionlarda günlük, həftəlik, aylıq, yarımillik, illik, böyük və tələb olunan bütün texniki baxışların keçirilməsində iştirak etmək və ümumi təmir işlərinə nəzarət etmək;
  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasına nəzarət etmək;
  • Şirkətin Direktorun fəaliyyətinin texniki sahə üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək;
  • Şirkətin Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, Şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Şöbədaxili inventarizasiyanın aparılmasına nəzarət etmək;
  • Yüksək gərginlik avadanlıqları, elektrik və elektronika sahəsi üzrə əsaslı və cari təmirinə nəzarət etmək;
  • Yüksək gərginlik, elektrik və elektronika qurğularında təmir, istismar və qəza – bərpa işlərini bilavasitə təşkil etmək və iş prosesinə nəzarət etmək;
  • Material və ehtiyat hissələrinin aylıq və illik sifarişlərinin verilməsinə nəzarət etmək;
  • Nasosxanaların, Qazanxanaların və Süni Qar Yaratma aparatlarının tələb olunan qaydalar çərçivəsində fəaliyyətini təmin etmək;
  • Nasosxanaların və Süni Qar Yaratma aparatlarının qış mövsümünün əvvəlində və sonunda aparılan texniki baxış zamanı müəyyən olunmuş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verməli və onların aradan qaldırılması üçün tədbirlər görməli;
  • Qış mövsümü ərzində süni qar vurma əməliyyatlarına nəzarət etmək;
  • Texniki sahə üzrə əməliyyatların icrasına (günlük, həftəlik, aylıq və illik baxımlar) birbaşa nəzarət etmək;
  • Kanat xətləri və atraksionlar üzrə avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib hazırlanmasına, təmirin keçirilməsinə və smeta xərclərinin hesablanmasını həyata keçirmək;
  • Hər bir əməkdaşın texniki sahədə kompleks daxili təqdim edilən bütün xidmətlər üzrə təsdiq olunmuş istifadə və təhlükəsizlik qaydaları ilə tanış olmasına və prosesin təhlükəsiz icrasının təmin edilməsinə nəzarət etmək;
  • Tabeçiliyində olan əməkdaşlara xidmət ilə əlaqədar mütəmadi təlimlərin keçirilməsi təmin etmək;
  • Aylıq, rüblük və illik, o cümlədən müqayisəli hesabatların hazırlanması;
  • Tələb olunan hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Yanğın və fövqəladə hallar təhlükəsizliyinin təkmilləşdirilməsi, təhlükəsizlik texnikası pozuntularının aradan qaldırılması üçün tədbirlərin görülməsi üçün təlimat və təkliflər hazırlayır və təsdiqə təqdim edir;
  • Müəssisədə istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə və təmir baxım işlərinə nəzarət etmək;
  • Vəzifəsi ilə əlaqədar birbaşa rəhbərin verdiyi tapşırıqların icra olunmasını təmin etmək;

Tələb olunan bilik, bacarıq və təcrübə:

  • Müvafiq sahədə təhsil və ixtisaslı təlim-tədris müəssisələrinin sertifikatları.
  • Müvafiq sahələrdə 8 il idarəedici səviyyədə iş təcrübəsi
  • MS Office, Outlook (istifadəçi səviyyəsi), MS Excel (sadə formulalarla işləmək)
  • Tikinti və təmir işlərinin aparılması texnologiyaları
  • Daşınmaz əmlaka və tikintiyə dair sənədlərin hazırlanması qaydaları və tələbləri
  • Təmir-tikinti işləri zamanı təhlükəsizlik qaydaları;
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı;
  • Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı.
  • Yüksək səviyyədə Azərbaycan, rus dili və ingilis dili;
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • Biznes düşüncəsi və analitik zəkaya sahib olmalı;
  • Nitqində qüsur olmamalı
  • Diqqətli, punktual, səbirli və məsuliyyətli olmalı
  • Ünsiyyət qurma və izah etmə qabiliyyəti

Qeyd: İş yeri Qəbələ şəhərində yerləşir.

Maraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı (Texnik direktor) göstərilməklə göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı